
Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsində VII Ümumrusiya Milli Birlik Forumu keçirilib.
Bu barədə Newscenter.az-a Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri Vadim Əbdürrəhmanov verib. Bildirib ki, forumda Rusiya ərazisində yaşayan xalqların birliyi, bu istiqamətdə atılan addımlar və qarşıda duran vəzifələr müzakirə edilib.

Vadim Əbdürrəhmanov bildirib ki, forum çərçivəsində "Rusiya Xalqları Assambleyası" QHT-nin baş direktoru, Rusiya Qəhrəmanı, İkiqat Qırmızı Bayraqlı Baltik Donanmasının Rusiya Dəniz Piyada Briqadasının komandiri, polkovnik Darkoviç Aleksandr Vasilyeviç ilə də görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Süleyman











































