
Türkiyədə keçirilən Beşinci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı iki qardaş ölkənin bir ailə kimi hər zaman bir-birinin yanında olduğunu, möhtəşəm birliyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Türkiyənin Birinci xanımları Mehriban Əliyeva ilə Əminə Ərdoğanın tədbirdə iştirakı və maraqlı müzakirələr aparması Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həmişə dediyi bir ifadəni - birliyimizi, bizim gücümüzü daha da artırdı.
Mehriban xanımın bu mötəbər tədbirə qatılması, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı qardaş ölkələr arasında səmərəli mədəni-humanitar siyasətin, ictimai diplomatiyanın müsbət nümunəsi kimi qiymətləndirilə bilər.
Mehriban Əliyevanın Türkiyənin humanitar xeyriyyə təşkilatları, ictimai institutlarının görkəmli nümayəndələri ilə görüşləri, apardığı faydalı müzakirələr bir daha Onun qlobal humanitar fəaliyyətinin məqsədini və uğurlarını nümayiş etdirdi. Bu, Onun humanizm və xeyirxahlıq missiyasının növbəti qüruruverisi səhifəsi hesab edilə bilər.
Mehriban Əliyeva ilə Əminə Ərdoğan arasında əməkdaşlıq və dostluq münasibətləri uzun illərə dayanır və müxtəlif sahələrdə, xüsusilə ətraf mühitin qorunması, humanitar yardım və Türk dünyası ilə əlaqələrin inkişafı sahələrində mühüm addımlar atılıb.
2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələdən sonra, Azərbaycan dərhal humanitar yardım göndərdi və axtarış-xilasetmə qrupları göndərdi. Əminə Ərdoğan, Mehriban Əliyevaya təşəkkür edərək, "Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu" dedi.
2024-cü ilin fevralında, Mehriban Əliyeva və Əminə Ərdoğan Ankarada görüşərək, sıfır tullantı təşəbbüsü və Heydər Əliyev Fondu ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmin ilin noyabr ayında, Bakı şəhərində keçirilən iqlim tədbirində, hər iki Birinci xanım gənc liderlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki təşəbbüslərini dəstəklədilər.
Eləcə də Leyla Əliyeva bu proseslərdə fəallığı ilə seçilir, Onun təşəbbüskarlığı ilə Türkiyədə elm və təhsil, mədəniyyət, ekoloji mühitə aid layihələr həyata keçirməsi nəzərdə tutlur.
Biz sözlə, Cənab İlham Əliyev və Tayyib Ərdoğanla yanaçı, xanımların bu fədakar fəaliyyəti sayəsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq daha da güclənməkdədir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor











































