
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvü, 23 saylı Mediasiya Təşkilatının təsisçi-rəhbəri, Avropa İnsan Hüquqları Məhkəməsi vəkili və Ədliyyə Akademiyası təlimçisi Esmira Rzayevanın iştirakı ilə Zəngi liseyində “Sülhə Aparan Yol: Mediasiyanın Üstünlükləri və Mübahisələrin Həlli” mövzusunda seminar təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbir zamanı şagirdlərə mediasiyanın mahiyyəti, üstünlükləri və mübahisələrin alternativ həll yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, “Məktəbli mediatorların yetişdirilməsi” layihəsi lisey kollektivinin diqqətinə çatdırılıb və bu təşəbbüsün şagirdlər arasında ünsiyyət, əməkdaşlıq və münaqişələrin sülh yolu ilə həlli bacarıqlarının formalaşmasında rolu vurğulanıb.

Tədbirdə həmçinin 23 saylı Mediasiya Təşkilatının mediatorları Gülnar xanım və Elçin müəllim də iştirak ediblər.
Maarifləndirici və interaktiv formada keçirilən seminar şagirdlər və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi gənclər arasında hüquqi savadlılığın artırılması və mediasiya mədəniyyətinin təşviq olunması olub.
Süleyman











































