Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Antalya Forumunda iştirakı ölkəmizin xarici siyasəti, regional rolu və beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır

Prezidentin Antalya Forumunda iştirakı ölkəmizin xarici siyasəti, regional rolu və beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır


"Antalya Diplomatiya Forumu da günümüzdə mühüm beynəlxalq platformalardan birinə çevrilib. Bu forum qlobal siyasi liderləri, diplomatları, beynəlxalq təşkilat nümayəndələrini və ekspertləri bir araya gətirərək günümüz üçün vacib olan qlobal məsələləri müzakirə edir. Belə bir mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ölkəmizin xarici siyasəti, regional rolu və beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib.O bildirib ki, Prezidentin bu forumda iştirakı və forum çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın qlobal siyasətdə söz sahibi olduğunu bir daha sübut edir:

"Antalya Diplomatiya Forumu kimi nüfuzlu platformada çıxış etmək və müzakirələrə qatılmaq Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Bu, eyni zamanda ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Bundan başqa forumda iştirak həmçinin, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mövcud olan vəziyyət, post müharibə dövründə işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq-abadlıq işlərinin beynəlxalq aləmə çatdırılması baxımından da önəmlidir".

Arzuman Muradlının sözlərinə görə, dövlət başçısının forum çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, nəqliyyat-loqistika imkanları və digər məsələlər müzakirə olunub ki, qeyd edilən hər bir məsələdə Azərbaycanın öz yanaşması, imkan və potensialı var və bütün bunlara görə, qlobal miqyasda ölkəmizə olan maraq artır:

"Azərbaycan qeyd etdiyim sahələrin hər birində mühüm aktor kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində ölkənin rolu getdikcə artır. Avropanın enerji təchizatında Azərbaycanın əhəmiyyətinin yüksəlməsi, həyata keçirilən beynəlxalq enerji layihələri və tranzit imkanları ölkənin strateji əhəmiyyətini daha da gücləndirir. Bu baxımdan Prezidentin forumda iştirakı Azərbaycanın enerji siyasətinin təqdim olunması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün də əlverişlidir".

Süleyman
Xəbəri paylaş