Newscenter.az.3.04.2020. “Regionlarımız üzrə Operativ Qərərgahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə də ürəkaçan deyil”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir:
“Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz isə Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur. Anlayış göstərən və hökümətin gördüyü zəruri və təxirəsalınmaz tədbirlərə dəstək olan bütün sərnişinlərimizə təşəkkür edirik”.
Mehman