Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn ildən icbari tibbi sığorta yığımlarına başlanılacaq



Newscenter.az.11.04.2020. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” haqqında Nazirlər Kabinetinin qərarına əsasən bu şəhər və rayonlarda gələn ilin yanvar ayından etibarən icbari tibbi sığorta tətbiq olunacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, bunlar Gəncə, Naftalan və Şirvan, Qazax, Ağstafa,Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul şəhər və rayonlarıdır.

Agentlikdən bildirilib ki, Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan 2021-ci ilin 1 aprel tarixindən faydalana biləcəklər. İcbari tibbi sığorta yığımlarına isə 1 yanvar 2021-ci ildən başlanılacaq.

Sevinc
Xəbəri paylaş