Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır



Newscenter.az.15.04.2020. Aprelin 14-də cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair videokonfrans vasitəsilə keçirilən müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədəki mövcud durumu dəyərləndirməklə yanaşı, bir sıra vacib məqamlara da toxunub.

Newscenter.az xəbər verir ki, millət vəkili Razi Nurullayev sözügedən müşavirə barədə fikirlərini bölüşərkən qeyd edib ki,
Prezident İlham Əliyevin dünən videokonfrans şəklində keçirilən müşavirədə dediyi üç məqam diqqətini çəkib. Millət vəkilinin sözlərinə görə,
birinci məqam dövlət başçısının xoşagəlməz hallara qarşı ciddi mübarizə ilə bağlı verdiyi mesajdır.

“Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır”. Prezident deyir ki, əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq, yəni cəzalandırılacaq: “Dövlət başçısının bu fikrini tam dəstəkləyirəm. Məsələ burasındadır ki, hələ də vəzifəsinə qazanc mənbəyi və dövlətin ayırdığı büdcə vəsaitlərinə ailə büdcəsi kimi yanaşan vəzifəli şəxslər var. Mənə çox ciddi siqnallar daxil olub və bunu yaxın zamanlarda parlament tribunasından səsləndirəcək, adlar açıqlayacaq və cənab prezidentə müraciət edəcəyəm”.

Razi Nurullayev deyib ki, ikinci məqam, Prezidentin ehtiyaclı insanlara kömək edənlərə təşəkkürü ilə bağlıdır:

“Bu mesajın tirajlanması çox yaxşıdır. Yüz minlərlə ehtiyaclı insanlar var ki, irəli sürülən şərtlər ucbatından onlar dövlətin ayırdığı vəsaitlərdən pay ala bilmirlər. Yüz minlərlə insanın adına torpaq sahələri, maşınlar, digər əmlak növləri var ki, onlar nə o əmlak növlərindən istifadə edə bilir, nə də onlardan azad ola bilir. Torpağın addan çıxarılması da vəsait, zaman və müxtəlif sənəd işlərini həll etməkdən keçir. Bunun üçün də iş adamları, imkanlı şəxslər dövlət başçısının çağırışına qoşulmalı və ehtiyaclı ailələri sosial müdafiəsiz qoymamalıdır”.

Mehman
Xəbəri paylaş