Newscenter.az.16.04.2020. “Kaspersky” mütəxəssislərinin gəldiyi qənaətə görə, ötən ilin eyni dövrü ilə müqayisədə, 2020-ci ilin ilk rübündə, onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb. Bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə artib - 9% -dən 18% -ə qədər.
"İnsanlar indi evdə daha çox vaxt keçirirlər və bu da alış-veriş və əyləncə üçün müxtəlif onlayn xidmətlərə tələbatın artmasına səbəb olub. Əlbətdə ki, təcavüzkarlar bundan istifadə edirlər, istifadəçi məlumatlarını və ya pullarını əldə etmək üçün, tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlarını yaradırlar. Buna görə də, saytların xidmətlərindən istifadə etməzdən əvvəl onu diqqətlə yoxlamanızı məsləhət görürük", - bunu “Kaspersky”-nin baş məzmun analitiki Tatyana Sidorina deyib.
Newscenter.az xəbər verir ki, pandemiya səbəbindən həmdə istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də, şişirdilmiş qiymətə maskalar və sair məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən “Kaspersky” koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs tapıb.
Fırıldaqçıların əlinə düşməmək üçün bir neçə əsas qaydalara əməl etmək lazımdır:
• yalnız etibarlı mağazalardan istifadə edin və tanımadığınız linklərə keçməyin;
• onlayn alış-veriş üçün ayrıca kart əldə edin və tələb olunan məbləğlə doldurun, bu məqsədlər üçün virtual kartdan da istifadə edə bilərsiniz;
• çox cəlbedici görünən təkliflərə şübhə ilə yanaşın, əksər hallarda onlar yalnış olur;
• brauzerdə saytın ünvanını daxil edin və göndərilən linklərə keçməyin, saxta saytlar həqiqi saytlara çox bənzəyə bilər, lakin adında uyğunsuzluq olur;
• hər bir hesabınız üçün unikal, mürəkkəb şifrə istifadə edin, hətta onlayn mağazalar üçün, və mümkün olduqda giriş üçün ikifaktorlu avtorizasiya quraşdırın;
• Kaspersky Internet Security kimi spam və fişinqdən səmərəli qoruyan etibarlı qoruyucu həll quraşdırın.