Newscenter.az.29.04.2020. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak edib.
Newscenter.az xəbər verir ki, KOBİA-nın əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı müayinə olunduqdan sonra götürülən qan yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.