Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt şəhərində uzunluğu 21.4 km olan küçə və yollar əsaslı təmir edilir



Newscenter.az.29.04.2020.
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhər ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

Agentlikdən Newscenter.az-a bildirilib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

Layihə çərçivəsində agentlik tərəfindən 135 min nəfər əhalinin yaşadığı Sumqayıt şəhərinin Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21.4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumilikdə təmir işlərinin ümumilikdə əhatə edəcəyi sahə 150 min kv.m-dir. Əsaslı təmir işləri əsasən uzun müddət istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Anar
Xəbəri paylaş