Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəza nəticəsində qaz avadanlıqları yanaraq sıradan çıxıb



Newscenter.az.30.04.2020. Aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı Hyundai markalı avtomobillə vurularaq yararsız hala salınıb.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.

Zaur
Xəbəri paylaş