Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbrayıl polisi qanvermə aksiyasında iştirak edib-FOTOLAR



Newscenter.az.6.06.2020. Respublika Mərkəzi Qan Bankının Şirvan bölməsinin həkim-hemotoloqlarının iştirakı ilə Cəbrayıl Mərkəzi Rayon Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Cəbrayıl Rayon Polis şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu cür xeyirxah və nəcib aksiyalarda iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkən uşaqlara öz dəstək və diqqətlərini nümayiş etdiriblər. Polis şöbəsinin 50-dən artıq əməkdaşı tibbi müayinədən keçdikdən sonra qan verib.

Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Mehman
Xəbəri paylaş