Newscenter.az.9.06.2020. "Son 3 ay hamı üçün çətin oldu. Həm öndə olan polis əməkdaşlarımız , həm caamaat artıq yorulub".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Nigar Arpadarai deyib ki, son 3 ayda polis və daxili qoşunlarımız çox gözəl iş görüblər, səbrlə, təmkinlə üzərlərinə düşən məsuliyyəti həyata keçiriblər:
"Amma karantinin bu qədər uzanmasını heç kim gözləmirdi. Ona görə hamının əsəbləri artıq tarıma çəkilib. Yasamalda vətəndaşlarla polis əməkdaşları arasında baş verənlər bunun nəticəsi və göstəricisidir. Əlbəttə baş verənlərə hüquqi qiymət verilməlidir, amma mən polis mühafizə orqanlarına müraciət edirəm ki, saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilsin. Vətəndaşların karantində olmasını, vəziyyəti nəzərə almalarını gərəkdir".
Anar