Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda taxıl zəmilərinin 14,9 faizində biçin başa çatıb



Newscenter.az.11.06.2020. Azərbaycanda taxıl biçini davam edir və indiyədək 15 0794,4 hektar sahədən 453 395,7 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, bugünədək ölkə üzrə zəmilərin 14,9 faizində biçin başa çatıb, .

Biçilən sahələrin 147 519 hektarı arpa, 3 275,4 hektarı buğda sahələridir. İyunun 11-nə olan operativ məlumata görə, orta məhsuldarlıq 30,1 sent/ha, arpa üzrə 30 sent/ha, buğda üzrə 34 sent/ha təşkil edir.

Biçin prosesinə 1 413 kombayn cəlb olunub. Bunlardan 517-si "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 185 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 711 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 58 382 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 92 412,4 ha sahə biçilib.

Bugünədək arpa üzrə ən yüksək məhsuldarlıq Tovuz rayonunda qeydə alınıb - 44 sent/ha. Bərdə (39,7 sent/ha) Sabirabad (38,1 sent/ha), Saatlı (37,7 sent/ha), İmişli (37,6 sent/ha), Samux (37,6 sent/ha), Salyan (37,5 sent/ha), Ağdam (36,6 sent/ha), Qax (35,7 sent/ha), Tərtər (34,4 sent/ha) və Ağsu (33 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi yüksəkdir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 977,6 hektarı buğda, 369 240,4 hektarı arpa sahələridir.

Biçin prosesi davam edir.

Orxan
Xəbəri paylaş