Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda avtomobil qəzasında qaz xətti zədələnib



Newscenter.az.12.06.2020. Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Chevrolet Cruze” markalı avtomobil ilə törədilən qəza zamanı əhali abonentlərini təbii qazla təmin edən diametri 108 mm olan aşağı təzyiqli qaz kəməri zədələnib.

Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qaz sızmasının qarşısının alınması və qəzanın fəsadlarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Xəbəri paylaş