Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Qurtuluş Günümüz Şimali Kipr televiziyasında



Newscenter.az.13.06.2020. Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatşılığı ilə bu diyarda fəaliyyət göstərən “Güneş TV” kanalında Milli Qurtuluş Gününə həsr olunan geniş proqram nümayiş olunub.

Newscenter.az-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən xəbərə görə, tanınmış teleaparıcı Fərda Əkinçinin təqdimatında “Parantez” proqramı canlı yayınla nümayiş olunub. Proqramda Azərbaycan xalqının Milli Qurtuluş Günü tarixi barədə tamaşaçılara müfəssəl məlumat verilib. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun qonaq olduğu proqramda ölkəmizin Dağlıq Qarabağ problemi və çətin tarixi-keçid dövründə xalqımızın apardığı milli-azadlıq mübarizəsinin təfərrüatlarından bəhs olunub.

Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində yaşadığı çətin anlardan bəhs edən O. Həsənoğlu bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin ölüm-qalım məsələsi sual altına düşüb. Belə bir çətin siyasi şəraitdə ölkənin və xalqın imdadına çatan ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətin məsuliyyətini öz üzərinə götürərək dövlətimizi parçalanmaqdan, xalqı və ölkəni məhv olmaq təhlükəsindən xilas edib. Heydər Əliyev böyük dövlət adamı, mahir siyasətçi olduğunu xatırladan O.Həsənoğlu deyib ki, Ulu Öndər xalqın inamına və dəstəyinə söykənərək milli dövlətçiliyin qurulması istiqamətində qətiyyətli addımlar atıb. Beynəlxalq aləmə inteqrasiya təmin edilib, ölkələrlə ikitərəfli xoş münasibətlər qurulub, sülh, sabitlik və inkişaf strategiyası milli inkişaf formulu olaraq qəbul edilib.

Proqramda həmçinin Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ictimai-siyasi vəziyyəti haqqında geniş məlumat verilib. Yerləşdiyi coğrafiyada və dünyada son illərdə Azərbaycanın nüfuzunun daha da artdığı vurğulanıb. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin başda Dağlıq Qarabağ münaqişəsi başda bütün problemlərin həllinə təsirindən danışılıb.

Vurğulanıb ki, hazırda Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması bölgədə yeni bir güc mərkəzi formalaşdırır.

Anar
Xəbəri paylaş