Newscenter.az.17.06.2020. Gəncə şəhər prokurorluğu açıqlama yayıb.
Şəhər prokurorluğundan "Report"a bildirilib ki, iyunun 16-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdülü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.