Ermənistanda hərbçilər yol qəzasına düşdü, xəsarət alanlar var
Tarix: 5-07-2020, 08:36
Newscenter.az.5.07.2020. Ermənistanda yol qəzası baş verib.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Tavuş vilayətində qeydə alınıb.
Belə ki, Müdafiə Nazirliyinə məxsus "KaMAZ" markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində 7 hərbi qulluqçu xəsarət alıb. Onlar hərbi hospitala yerləşdiriliblər.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.