Newscenter.az.16.07.2020. Cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 milyon manat olub.
Newscenter.az-a Dövlət Neft Fondundan bildirilib ki, ikinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 1 216,1 milyon manat təşkil edib.
Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olub. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil edib.
Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon ABŞ dollarına bərabər olan ARDNF-nin aktivləri iyun ayının sonuna 1 873,8 milyon ABŞ dolları artaraq 43 223,3 milyon ABŞ dollarına bərabər olub.
Sevinc