Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyrutdakı terror aktı geosiyasi müharibədə İran və Hizbullahın sıxışdırılmasıdır



Newscenter.az.5.08.2020. “Ötən gün Livanın paytaxtı Beyrutta baş verən güclü partlayış şəhərin 60 faizinə ziyan vurub. Partlayış o qədər güclü olub ki, səs dalğaları belə dağıntılara səbəb olub. Livanda baş verən partlayış İranda son günlər ardıcıl davam edən partlayışların analoji davamı və ən güclüsüdür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, partlayışın Hizbullahın silah anbarında olduğu qeyd edilir:

“Əlbəttə ki, belə bir partlayış planlı şəkildə və güclü bir silahla həyata keçirilib. İranın Hizbullahı silahlandırması, İsraillə son həftələrdə Livanın cənubunda toqquşması, ardınca İsrailin Suriyada İranın hərbi bazalarını bombalaması, nəhayət Beyrutta həyata keçirilən misli görünməmiş bu akt geosiyasi müharibədə İran və Hizbullahın sıxışdırılmasıdır. Artıq İran cəbhəsinə qarşı ciddi hücumlar olur və Tehranın Yaxın Şərqdə dayaqları zəiflədilir”.

Polotoloq deyib ki, son illərdə Livanda daxili siyasi vəziyyət mürəkkəbdir:

“Əhalinin iqtisadi durumu ağırlaşır və Qərb ölkələri Livandan Hizbullahla bağlı qəti qərar verməsini, İranla əlaqələrə son qoymasını tələb edir. Livanın İranla birgə hərəkəti və Hizbullahın fəaliyyətinə bu qədər geniş fəaliyyət azadlığı verməsi, paytaxtın bu vəziyyətə gətirilməsinə səbəb oldu və Livan çox sarsıdıcı zərbə aldı. İranın geosiyasətində rol alan bu ölkə, yalnız destruiktiv siyasət həyata keçirir. Ermənistanla sıx əlaqələrə malikdir. İşğalçı ölkəyə daima öz dəstəyini ifadə edib. Beyrutta baş verən partlayışı, bu ölkənin apardığı siyasətin nəticəsi kimi qiymətləndirmək lazımdır”.

Mehman
Xəbəri paylaş