Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Evdə qal, musiqidən zövq al" aksiyası keçirilir



Newscenter.az.5.08.2020. Paytaxt məktəblilərinin iştirakı ilə onlayn "Evdə qal, musiqidən zövq al" aksiyası keçirilir.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil olunan aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında keçirilir.

Aksiyasının əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi, qorunub saxlanılması, istedadlı məktəblilərin aşkar edilməsi, şagirdlər arasında ifa mədəniyyətinin yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir.

Aksiya çərçivəsində şagirdlər hər hansı bir musiqi alətində ifalarını, oxuduqları mahnıları, etdikləri müxtəlif rəqsləri videoçarx şəklində hazırlayıb estafeti digər məktəblilərə ötürürlər.

Qeyd edək ki, videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə edərək fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa və daha təşəbbüskar olmağa səsləyirlər.

R.Mehdiyeva
Xəbəri paylaş