Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haaqadakı Xocalı abidəsi daha geniş əraziyə köçürülüb



Newscenter.az.5.08.2020. Son illərdə Avropanın müxtəlif ölkələrindəki Azərbaycan diaspora təşkilatlarının fəaliyyətləri daha da genışlənməkdədir. Bunun bariz nümunəsi kimi Niderland krallığının Haaqa şəhərində yerləşən Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin son vaxtlar gördüyü işləri göstərmək olar. Xatırladaq ki, adı çəkilən təşkilatın təşəbbüsü və təşkilatçılığı, həmçinin orada yaşayan Azərbaycan- türk toplumunun maliyyə yardımı ilə 2007- ci ildə Haaqa şəhərinin Nieuw Eykenduynen məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsənə abidə ucaldılıb. Nəzərə alsaq ki, Haaqa şəhəri Avropanın ən böyük siyasi mərkəzlərindən biridir, abidənin məhz həmin şəhərdə olmasının əhəmiyyəti daha da aydın olar. Hər il fevral ayının 28- də orada yaşayan soydaşlarımız abidənin ətrafına toplaşaraq ermənilərin törətdiyi soyqırımın qurbanlarının xatirəsini yad edir, Xocalı gerçəkliklərini bir daha oradan bütün dünyaya bəyan edirlər.

Newscenter.az-a daxil olan məlumata görə, Dərnəyin şəhər bələdiyyəsi ilə apardığı danışıqların nəticəsi olaraq bu ilin iyul-avqust aylarında həmin abidə üçün yeni daha geniş yer alınıb, abidə həmin yeni əraziyə köçürülərək, ətrafı tamamilə abadlaşdırılıb. İndi orada daha çox ziyarətçinin eyni vaxta toplanması və müəyyən tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bundan başqa üzərində baş vermiş hadisənin qısa izahatı olan lövhə həm Azərbaycan, həm də holland dilində ziyarətçilərə təqdim edilir. Yeni ərazi gediş-gəliş baxımından da insanlar üçün çox münasib bir yerdədir. Dərnək bBu işdə maliyyə baxımından zəhməti keçən Azərbaycan və Türk toplumuna təşəkkür edir.

Anar
Xəbəri paylaş