“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib-VIDEO
Tarix: 5-08-2020, 19:24
Newscenter.az.5.08.2020. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.
Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.