Newscenter.az.12.09.2020. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib.
Polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər. Daha sonra azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.
Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib. Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
Mehman