Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən siyasi manipulyasıya edir



Newscenter.az.12.09.2020. “Ermənistann baş naziri Nikol Paşinyan əvvəllər Qarabağ məsələsi ilə bağlı sülhpərvər mövqedə olduğunu elan edirdi. Sonradan fikirlərində səmimi olmadığı ortaya çıxdı. Paşinyan iki il əvvəl “münaqişənin nizamlanmasında Azərbaycan xalqının da maraqları nəzərə alınmalıdır” deyirdi. Zaman keçdikdən sonra “sülhpərvər” qəfildən “Qarabağ Ermənistandır” kimi sağlam məntiqə və beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirdi. Dəfələrlə Qarabağa gələrək separatçılarla görüşdü və sərsəm açıqlamalar verdi”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan da “sülh göyərçini” ola bilmədi:

“Hərbi formada işğaldakı ərazilərə gələrək avtomatla şou göstərdi. Akopyanın Azərbaycan mövqelərini nişan alan fotoları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayıldı. Halbuki o, “sülhpərvər azərbaycanlı qadınlara müharibəyə imkan verməyin” çağırışı edirdi. Bunlar Ermənistanın birinci ailəsinin riyakarlığını göstərdi”.

Deputat deyib ki, iyul hadisələri və Akopyanın hərəkətləri Ermənistan müdafiə nazirinin sözlərini təsdiqləyir: “Erməni nazir Tovuz hadisələrindən əvvəl bildirmişdi ki, Ermənistan yeni ərazilər uğrunda müharibəyə hazırlaşır. İşğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin sülhlə deyil, müharibə yolu ilə həllini istəyir”.

Deputat hesab edir ki, hər iki halda Azərbaycan qalib olacağını konkret şəkildə yəqin edən düşmən proseslər üzərindən siyasi manupuliyasıya edir: “Ölkəmiz diplomatik və hərbi cəhətdən Ermənistanı xeyli üstələyir. İndiki halda Paşinyanın və onun xanımının saxta sülh çağırışlarının heç bir əhəmiyyəti yoxdur. İrəvan hökumətinin və onlara dəstək verənlərin əsl niyyəti bizə bəllidir. Ermənilər məkrli planlarını gizlətməyə çalışsalar da, həqiqətlər gün işığı kimi aydındır. Ermənistan rəhbərliyi bütün hərəkətləri ilə sülhdən uzaq, terrorçu dövlət olduğunu sübuta yetirib. Ona görə də düşməni təmsil edənlərin təxribatçı hərəkətlərinə elə də təəccüblənmək lazım deyil”.

Anar
Xəbəri paylaş