Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə soyuducunun içərisində telefonların keçirilməsinin qarşısı alındı



Newscenter.az.12.09.2020. Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda telefonların qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Newscenter.az-a DGK-dan bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundakı soyuducuda yerləşdirilən yağ qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 10 ədəd "İphone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş