Newscenter.az.12.09.2020. Azərbaycan Turizm Assosiasıyasının (AZTA) idarə heyətinin ümumi iclası keçirilib.
Newscenter.az xəbər verir ki, AZTA rəhbəri Əhməd Qurbanovun sədrliyi ilə keçirilən iclasda koronavirus pandemiyasının Azərbaycan və dünya turizm sənayesinə təsirləri müzakirə olunub.
İclasda həmçinin postpandemiya dövründə Azərbaycanda turizmin yenidən dirçəldilməsi üçün təklif olunan tədbirlər və onların həyata keçirilməsi yolları müzakirə olunub.
Sonda İdarə Heyətinin yekdil qərarı ilə Azərbaycan Turizm Assosiasiyasının nəzdində Turistlərin Hüquqlarının müdafiəsi və maarifləndirmə komitəsinin yaradılması haqqında qərar qəbul olunub. Komitənin fəaliyyət məqsədi, turizm sahəsində olan problemlərin həll yollarının tapılması və turizm münasibətlərinin tənzimlənməsidir.
Komitənin sədri "Luna Travel" şirkətinin rəhbəri, Hüquqşünas, Rəhman Quliyev seçilib.
Sevinc