Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər baş verməkdədir"



Newscenter.az.12.09.2020. "İnsanın harda olmasından və kim olmasından asılı olmayaraq ədalət hissini itirməməsi vacibdir. Çünki ədalət hissi insanı digər canlılardan fərqləndirən əsas əlamətlərdən biridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, hazırki məqamda cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər baş verməkdədir:

"Bu sürətli proseslərin fonunda formalaşmaqda olan yeni tendensiyanın ən təhlükəli tərəfi, atalarımızın da təbirincə desək “at izinin, it izinə qarışması”ndadır. Uzun müddət çox ciddi qanunsuzluqlara yol verməklə fəaliyyət göstərmiş bir çox vəzifəlilərə qarşı, cəmiyyətimizdə haqlı olaraq böyük ictimai qınaq və ümummilli təpki mövcuddur. Vəzifəsini itiriənlərə, itirmək təhlükəsi altında olanlara və ümumiyyətlə uzun illər ərzində sahib olduğu mövqeyində belə hansısa büdrəmənin hiss olunduğu şəxslərə qarşı hücüm kompaniyasına hamı qoşulmaq istəyir".

Xəyal Bəşirov onu da qeyd edib ki, bunların içində həqiqətən səmimi olaraq xalqın və dövlətin mənafeyinə uyğun addım atanlar, daha sonra bilavasitə həmin vəzifəlilərin yol verdikləri çoxsaylı qanunsuzluqlarından zaman zaman ciddi zərər görənlər də var:

"Ancaq təbii ki, uzun müddət güclü mövqeyə sahib olan həmin şəxslər böyük pisliklər etmək imkanlarına malik olmaqla yanaşı, təbii ki, özlərinin maraqları çərçivəsində “böyük yaxşılıq”lar etmək iqtidarında da olublar. Bəs hanı həmin şəxslərin yaxşılıqlarına məruz qalan ən azından yaxın ətraflarında olan insanlar?! Belələrinin olduğu, həm də çox olduğu şübhəsizdir, sadəcə bu gün onlar iz itirmək məqsədilə bütün göstərişlərini hər an yerinə yetirməyə hazır olduqları şəxsləri hamıdan çox ittiham etməkdədirlər. Bir də ki, “Yıxılana balta vurmazlar” deyib atalarımız. Lakin, bu gün yıxılan bəziləri zamanında nəinki yıxılana balta vuruduqlarından, hətta özləri çoxlarını namərdcəsinə yıxıb onları baltalanmağa məruz qoyduqlarına görə, bu gün də onların özlərinin baltalanması artıq təbii bir prosesdir. Bu prosesin qarşısını almaq qeyri mümkündür. Ancaq indiki məqamda, qısa müddətli də olsa cəbhə dəyişməyə fürsət tapıb onları baltalayanlar arsında bəzi fürsətcillər də vardır ki, belələrini daha böyük bədbəxtçilik və dəhşətlər gözləyir. Xalqına, dövlətinə və dövlətçiliyinə səmimi olmayanlar gec də olsa layiqli mənsəblərinə çatacaqlar!".

Anar
Xəbəri paylaş