Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşüb



Newscenter.az.30.09.2020. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Sentyabın 30-u səhər saatlarında düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki mənzilə düşüb. Nəticədə evə ziyan dəyib.

Ev sahibi Tofiq Ağayev "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı evdə olub: "Biz digər otaqda televizora baxırdıq. Birdən yataq otağından mərmi səsi gəldi. Allaha şükür ki, xəsarət alan yoxdur".
Xəbəri paylaş