Newscenter.az.30.09.2020. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.
Belə ki, təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.
Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib.