Newscenter.az.1.11.2020. Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 69 nəfərə yüksəlib.
Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Qeyd edilir ki, zəlzələ zamanı 949 nəfər xəsarət alıb. Onlardan 220-nin müalicəsi davam etdirilir. Zəlzələ zamanı dağılmış 8 binada axtarış-xilasetmə işləri davam etdirilir.