Newscenter.az.1.11.2020. Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda 30 dəqiqə ərzində 4,5 bal və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, hər iki zəlzələnin ocağı 7 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat verilmir.