Newscenter.az.5.11.2020. İndiyədək ümumilikdə 60 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 46 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13 614 nəfərdir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 290, ötən müddət ərzində isə ümumilikdə 1 404 543 test aparılıb.