Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ordusu və cəmiyyəti digər ərazilərimiz kimi Şuşanı azad etmədən rahatlıq tapmayacaq



Newscenter.az.7.11.2020. "Ermənilər anlayırlar ki, Şuşanı əldən versələr, müharibənin davam etdirilməsinin onlar üçün bir anlamı qalmayacaq, Azərbaycan ordusu Xankəndini və bölgəni Ermənistanla birləşdirən yolu nəzarət altına alacaq. Ona görə Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və digər ərazilərimizdən dovşan kimi qaçan ermənilər Şuşadan ikiəlli yapışmağa çalışırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, ancaq onlar anlamırlar ki, mexanizm işə düşüb və Azərbaycan ordusu və cəmiyyəti digər ərazilərimiz kimi Şuşanı azad etmədən rahatlıq tapmayacaq, bu azərbaycanlıların milli hədəfidir:

"Azərbaycanlı döyüşçülər alpinistlər kimi Daşaltından Şuşaya əliyalın da qalxamağa hazırdılar ki, Şuşa azad olunsun. Eyni zamanda hərbçilərimizi tələsdirmək də lazım deyil, noyabrın 9-u olmasın, olsun noyabrın başqa bir günü, önəmli olan az itkilərlə müqəddəs şəhərimizin azad olunmasıdır, 28 il gözləmişik, bir neçə gün də gözləyərik".

Mehman
Xəbəri paylaş