Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Co Bayden prezident seçkilərində qalib gəlib



Newscenter.az.7.11.2020. ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

Bu barədə Newscenter.az CNN, NBC və AP-yə istinadən xəbər verir.

Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib. Qeyd edilir ki, Bayden səs fərqində Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyib.

Qeyd edək ki, Pensilvaniyada və bəzi ştatlarda səslərin hesablanması rəsmi olaraq başa çatmayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş