Newscenter.az.7.11.2020. "Böyük təəssüf hissi ilə nəzərinizə çatdırım ki, ötən gün Parlamentdə İran-Ermənistan münasibətləri barədə çıxışımın məzmunu Azərbaycan və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna zidd hesab edilərək İntizam komissiyası barəmdə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, bildirib ki. Komissiyanın və Parlament rəhbərliyinin qərarına hörmətlə yanaşır, milli maraqları rəhbər tutmaqla, Prezident İlham Əliyevin siyasi xəttinə sadiq qalaraq, Onun rəhbərliyi altında daha güclü Azərbaycan naminə fəaliyyətimizi inamla davam etdiririk.