Newscenter.az.7.11.2020. Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.