Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland parlamentinn deputatına Azərbaycan bayrağı bağışlanıb-FOTOLAR



Newscenter.az.7.11.2020. Dünən Niderland Krallığının Rotterdam şəhərində yerli partiyalardan biri olan DENK-lə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri görüş keçiriblər.

Görüş barədə Newscenter.az-a-a məlumat verən birlik sədri Mayisə Ağamirzəyeva bildirib ki, 2 gündən sonra doğma Azərbaycanımızda “9 noyabr-Dövlət Bayrağı günü”dür:

“Biz “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi olaraq Bayraq günümüzü türk qardaşlarımızla keçirməyi qərara aldıq. Niderland Krallığında fəaliyyət göstərən yerli partiyalardan biri, türksoylu vətəndaşların yaratdığı DENK Partiyasının ofisində partiya rəhbəri, parlamentin deputatı Tunahan Kuzu ilə görüşdük. 2 saatdan artıq davam edən görüş maraqlı keçdi. Bildiyiniz kimi, DENK Partiyası və partiya liderləri hər zaman Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin niderlandlı millət vəkillərinə çatdırılmasında böyük işlər görür”.

Mayisə Ağamirzəyeva deyib ki, görüşdə əsas Azərbaycandakı son durum haqqında danışılıb:

“Tunahan Kuzu hər gün Dağlıq Qarabağ ətrafında baş verən hadisələri həyəcanla izlədiyini diqqətə çatdırıb. O, Azərbaycanın öz hüquqi torpaqlarının azad olunması uğrunda apardığı mübarizənin haqq savaşı olduğunu, tezliklə bu ədalətsizliyin Azərbaycan Ordusu tərəfindən bərpa ediləcəyini bildirib. Millət vəkili diqqətə çatdırıb ki, onun Niderland Parlamentində Azərbaycanın səsini duyurması qardaş ölkənin tərəfini tutmaq deyil, sadəcə haqlının yanında olmaqdır. Parlament üzvü onu da qeyd edib ki, son illər Azərbaycan diasporasının fəaliyyətində bir hərəkətlənmə nəzərə çarpır və bu hal da dünyadakı eləcə də, Niderlanddakı erməni lobbisinin narahatçılığına səbəb olub. Tunahan Kuzu Azərbaycan diaspora təşkilatlarına bu ağır mücadilədə səbirli olmağa, ruhdan düşməməyə, dünyanın onların haqq səsini duymazdan, görməzdən gəlməsinə rəğmən əzmlə yollarına davam etməyə səsləyib. Eyni zamanda, qarşıdan gələn Bayraq günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, tezliklə üçrəngli türk bayrağının Qarabağın göz-bəbəyi olan Şuşa şəhərində əzəmətlə dalğalanmasını arzu edib”.

Təşkilat sədri bildirib ki, görüşün sonunda Tunahan Kuzuya və DENK Partiyasına Niderland Krallığının Parlamentində Azərbaycanın haqq səsinin yerli parlamentarilərə çatdırılmasında göstərdikləri səylərə görə bir daha təşəkkür ediıib, Azərbaycana aid olan milli atributlardan ibarət suvenirlər, film diskləri, Ulu Ondər Heydər Əliyevin həyatından bəhs edən kitab və üçrəngli Azərbaycan bayrağı hədiyyə edilib.

Anar

Xəbəri paylaş