Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb



Newscenter.az.13.11.2020. Dünyada koronavirusa yoluxanların sayı 52,48 milyonu ötüb, virusdan 1,29 milyondan çox yaxın insan ölüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 52 487 476 insan koronavirusa yoluxub, 1 290 653 pasiyent ölüb.

Son sutka ərzində dünyada koronavirusa rekord sayda - 628 136 yoluxma halı aşkarlanıb, 9 623 nəfər ölüb.

Ən çox yoluxma ABŞ (10 266 631 nəfər), Hindistan (8 728 795 nəfər), Braziliya (5 748 375 nəfər) və Rusiyada (1 880 551 nəfər) qeydə alınıb.
Xəbəri paylaş