Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXCP funksionerləri ev dustaqlığına buraxılıb



Newscenter.az.16.11.2020. Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.

“Report” xəbər verir ki, proses hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən 36 nəfərindən 21 nəfər barədə həbs olmayan qətimkan tədbiri seçilib və onlar ev dustaqlığına buraxılıblar.

Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar Imanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev , Elnur Cabbarov və Seymur Əhmədov da var. Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov, Tural Vəliyev ADR üzvü Pərvin Çobanov, Naxçıvan DİNiin sabiq nazir müavini Siyavuş Mustafayev azadlığa buraxılıb. Bundan başqa, Şəmsi Rəhimli, Elçin Mehdiyev, Fariz Məmmədov, Emin Hüseynzadə, Ariz Səfərli, Ceyhun Məmmədov və Vüsal Quliyev barəsində də həbs qətimkan tədbiri dəyişdirilib.

Təqsirləndirlən şəxslərə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsi ilə bağlı ittiham verilib. Cinayət işi Səbail Rayon Məhkəməsində hakim Ağamalı Qafarovun icraatındadır.
Xəbəri paylaş