Newscenter.az.18.11.2020. Ağız nahiyəsinin yaxalanması üçün mayedən istifadə koronavirus da daxil olmaqla, müxtəlif bakteriyalara, viruslara yoluxma riskini azaltmağa imkan verir.
Newscenter.az "Express"ə istinadən xəbər verir ki, bu nəticəyə Kardiff Universitetinin alimləri gəlib.
Alimlər iddia edir ki, ağızın yaxalanması üçün setilpiridin xlorid tərkibli mayelər bədənin bu nahiyəsində koronavirusun miqdarını azalda bilər. Onlar bu maddəyə virulisidin təsirini aşkar ediblər.
Tədqiqat müəllifləri üç ay boyunca mayelərin ağız boşluğuna təsirini öyrəniblər və mayelərin virusla mübarizədə necə kömək edə biləcəyini müəyyənləşdiriblər.
Lakin alimlər koronavirus profilaktikası sistemi üçün hər hansı belə vasitənin tətbiqi üçün əlavə tədqiqatların aparılmasının zəruri olması barədə xəbərdarlıq ediblər.
Koronavirus pandemiyası bütün dünyanı əhatə edib. Dünyada COVID-19-a yoluxanların sayı 55 milyona çatıb, onlardan 1,3 milyonu ölüb. COVID-19-a ən çox yoluxma ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.