Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın statusu ilə bağlı müzakirələrin gündəmə gəlməsi Azərbaycanın razılığı olmadan baş tutmayacaq



Newscenter.az.18.11.2020. “Ermənistan Baş naziri Nikol Paşinyan 15 maddədən ibarət yeni bir plan irəli sürüb və altı ay vaxt istəyib”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, iki il müddətində ölkədə daxili siyasi-iqtisadi və sosial proqramları reallaşdıra bilməyən Paşinyanın altı ay ərzində müharibədə uduzmuş və ordusu dağılmış bir vəziyyətdə ölkəni inkişafa aparmaq qeyri-mümkündür:

“N. Paşinyan öz hakimiyyətini qorumaq və bu aylar ərzində möhkəmlənməyə çalışacaq. Onun real bir iş görəcəyi mümkün deyil. Burada Qarabağın statusu və Minsk qrupu çərçivəsində danışıqlara qayıtmaq bəndi var. Paşinyan bununla göstərmək istəyir ki, o Qarabağın statusundan geri çəkilməyib və bu istiqamətdə "uğura" imza atacaq. İlk növbədə Qarabağın statusunu qabartmaqla, yeni bir böhranı tətikləyir”.


Politoloq deyib ki, Minsk qrupuna qayıtmaq Azərbaycan üçün maraqlı deyil:

“Çünki Azərbaycan prezidenti Qarabağa statusun olmayacağını vurğulayıb. Belə olan təqdirdə N. Paşinyanın növbəti açıqlaması və bu məsələni plana daxil etməsi, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların və kommunikasiyaların açılmasının qarşısını ala bilər. Putinin verdiyi açıqlamalarına gəldikdə isə, Qarabağın statusu ilə bağlı müzakirələrin gündəmə gəlməsi Azərbaycanın razılığı olmadan baş tutmayacaq”.

Mehman
Xəbəri paylaş