Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan özü yaratdığı bir qondarma rejimi tanıya bilmirsə onu dünyada kim tanıyacaq?



Newscenter.az.19.11.2020. İstənilən şəxslə iddiaya girə bilərəm ki, bu dünyada ən ağılsız toplum erməni toplumudur!
Ermənilər qədər ağılsız və kor insanlar yer üzündə yoxdur!

Qarabağa və digər torpaqlarımıza soxulub və orada yaşayan ermənilərin döyüşlərdə ölmələrini hardasa anlamaq olur. Oğurladıqlarını əldə saxlamağa çalışırlar.

Ancaq orada yaşamayan, ora heç bir aidiyyatı olmayan iki milyon yarımlıq erməni hansı ağıl və məntiqlə öz uşaqlarını Ermənistanın özünün belə tanımadığı qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyi uğrunda ölümə göndərirlər?!

Ermənistan özü yaratdığı bir qondarma rejimin müstəqilliyini tanımırsa və tanıya bilmirsə onu dünyada kim tanıyacaq?
Bununla bağlı, bu günə qədər Ermənistanın cinayətkar rəhbərliyinə bir sual verməyən toplumun, bu otuz ildə qazancı elə unitaz və o qəbildən olan digər aksessuarlar olacaqdır. Çünki, o ağıl və düşüncə elə ona layiqdir!

Azərbaycanlılar məcburən çıxarıldıqları və özlərinə aid olan torpaqlara qayıtmaq üçün canlarını belə qurban verməyə hazırdırlar. Ancaq ermənilər isə əksinə, özlərinə aid yerlərə (işğal etdikləri torpaqlarımızdan Ermənistana) qayıtmamaq üçün hər şeylərini qurban verməyə hazırdırlar!

Azərbaycana aid olan o torpaqlardan Ermənistan tərəfindən didərgin salınmış köçkün həmvətənlərimizin hazırki durumları ilə, Ermənistandan elə Ermənistanın özü tərəfindən zorla həmin torpaqlarda yerləşdirilən insanların həyat şəraitindəki fərqə baxaq. Bu otuz ildə onların yaşadıqları durumu işğaldan azad etdiyimiz ərazilərdəki xarabalıqları xatırladan yarımtikililərdən gördük və bu gün onlar layiq olduqları kimi onlardan da məhrum edildilər.
Bu gün azad olunmuş həmin torpaqlarımıza qayıtmağa hazır olan oranına əsl sahibləri- insanlarımız ora gedərkən ermənilər kimi unitaz, dam örtüyü qalıqları və qışda ocaq qalayıb isinməyə ağac qırıb daşımayacaqlar! Onların bütün bu qayğılarını dövlət qarşılayacaq.

Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycanın qələbəsini təsdiq edən tarixi bəyanatda vaxtı ilə işğala məruz qalan Xankəndi şəhərindən didərgin düşən azərbaycanlıların ora qayıtmalarına heç bir qadağa nəzərdə tutulmayıb və tutula da bilməzdi! Ona görə də, düşünürəm ki, bizimkilərin də ora qayıtmaları ilə bağlı müəyyən işlər görülməlidir! Yoxsa saxtakar və mənfur ermənilər ora heç bir azərbaycanlının qayıtmadığını əldə bayraq edib, bundan da bizlərə qarşı istifadə etməyə çalışacaqlar.

Uca Allah Azərbaycanımızı qorusun!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş