Newscenter.az.19.11.2020. Cənab Prezident İlham Əliyevin bu yolun təməlqoymasında iştirak etməsi bir sübutdurki Qarabağ Azərbaycandır. Təbiiki buna heç kəsin şübhəsi yoxdur, lakin mənfur Ermənistan hələdə bizim qələbəmizi qəbul edə bilmir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir. Biz daim sürətlə inkişafa doğru gedirik. Azərbaycanın quruculuq işləri daim göz önündədir. Bu qısa müddət ərzində yol çəkilməsi çox möhtəşəm bir hadisədir.
Şuşanın işğaldan azad edilməsi hər kəs üçün həddən ziyadə qürur verici bir hadisə oldu. Bu əməliyyat əlbəyaxa döyüşlərin nəticəsi idi. Bu barədə xarici press agentlikləri belə yazırdı ki: Gələn bütün yaralılar yalnız tapanca və bıçaq yaraları ilə gəlir. Bəli bizim cəngavər əsgərlərimiz, müzəffər ordumuz qana doymadan öz əlləri ilə Şuşanı azad ediblər. Bu möhtəşəm qələbədir. Şuşanın alınması ilə düşmən belə çox sarsıdıcı zərbə aldı. Onlar bu hadisəni belə asanlıqla gözləmirdilər. Ermənistanın kapitulyasiya qərarıda Şuşanın azad olunmasından sonra gəldi. Çünki Paşinyan artıq görürdüki bizim qarşımızda dayanmağa gücləri qalmayıb. Onların qorxmasına əsas yoxdur. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Prezidentimiz hər çıxışında dəfələrlə vurğulayıbki biz müharibə tərəfdarı deyilik. Dinc yaşamaq üçün bizə heçnə mane olmur. Ermənilərdə bizimlə birgə canlarını xunta rejimindən azad olmuş şəkildə firavan yaşaya biləcək. Budur bizim xalqımıza yaraşan böyüklük. Biz daim inkişafa doğru getməliyik. Azad olunmuş ərazilərə həyat qaytarılmalıdır. Yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və s. tikiləcək, bütün infrastruktur yaradılacaq. Sürətli inkişaf etməliyik. Bizim şücaətimizlə Qarabağ dirçələcək və çiçəklənəcəkdir. Biz buna əminik.
İkinci Qarabağ müharibəsi bütün dünyaya səs saldı. Azərbaycan öz güc və qüdrətini hər kəsə göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Bunlar hamısı cənab Prezidentimizin dəmir yumruğu sayəsində baş verdi. O yumruğki həmrəylik ilə birləşmiş, xalqın düşüncələri ilə vəhdət daşıyırdı. Bəli o yumruq bahasına Paşinyan geri çəkilməyə məcbur qaldı. Düşmənin başından vurulan zərbə onu sərsəm etdi. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Bizim torpaqlarımızda yaşam yenidən qurulacaqdır. Biz qədim yaşayış yerlərimizə geri dönürük. Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
İşğal edilmiş bütün ərazilərdə evlər dağıdılıb, bütün infrastruktur dağıdılıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsini silmək istəyiblər. Lakin hər şey qaydasına düşəcək. Biz yenidənqurma işləri görəcəyik. Burada həyat başlayacaq. Azərbaycan qələbəsi, zəfəri ilə hər yana səs saldı. Biz illərin mifini yox etdik. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu. Bütün törədilmiş erməni vəhşiliklərinə görə Ermənistan cavab verəcək. Bütün dəymiş zərər hesablanacaq. Və Azərbaycan öz ərazilərində yaşamı geri qaytaracaqdır. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!
Eldəniz Səlimov-Milli Məclisin deputatı