Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb



Newscenter.az.1.12.2020. Bakı - Quba - Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi başa çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metrdir.

Xatırladaq ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Anar
Xəbəri paylaş