Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ-yə ötən ay 2 349 müraciət daxil olub



Newscenter.az.3.12.2020. Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2 349 müraciət daxil olub. Newscenter.az-a İdarədən bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 679 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 970 sənəd (vətəndaşlar tərəfindən 243 ərizə, Təhsil Nazirliyindən 126, digər qurumlardan 211, məktəblərdən 289 məktub, 20 strukturdaxili yazışma və 81 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 700 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, virtual məktəbdə şagird qeydiyyatı, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu dekabrın 28-dək dayandırılıb.

R.Mehdiyeva
Xəbəri paylaş