Newscenter.az.4.12.2020. “Fransanın almış olduğu siyasi qərarı qınayırıq. Fransız Senatı və parlamenti yalnış qərar verərək bütün dünyaya rəzil oldu”.
Bu fikirləri Newscenter.az-a İSTAD-İstanbul Türkiyə Azərbaycan Dayanışma və Mədəniyyət Dərnəyinin rəhbəri Səfər Karakoyunlu səsləndirib. O, deyib ki, Ermənistanın belə tanımadığı, qondarma Dağlıq Qarabağı necə olur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi tanıyır:
“Bu çox böyük bir skandaldır. Fransa Senatı bu durumu görməzdən gəlsə də, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qərarlarına əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Fransa Senatı və parlamentinin aldığı qərar yox hökmündədir. ATƏT-İN Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa 28 ildir həll edilməsi lazım olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir addım atmayaraq, əksinə problemi daha da gərginləşdirib və minlərlə insanın ölümünə səbəb olub. Bu səbəbdən Fransanın ədalətsiuz şəkildə tərəf tutması sorğulanmalı və bu ölkə dərhal ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalıdır. Fransanın almış olduğu yanlış qərarı və Türk düşmənçiliyini qınayırıq”.
Anar