Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abel Məhərrəmov gəlinini məhkəməyə verib-ŞOK



Newscenter.az.6.12.2020. Əvvəlcə şərab qalmaqalı, daha sonra isə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməklə arzuedilməz fiqura çevrilən BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun ailədaxili problemlər yaşadığı da üzə çıxıb.

Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, Abel Məhərrəmov keçmiş gəlini Mehriban Məhərrəmovanı məhkəməyə vermək məcburiyyətində qalıb. Məlumata görə, Mehriban Məhərrəmova akademikin oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovdan ayrıldıqdan sonra övladlarının Abel Məhərrəmovla görüşməsinə icazə verməyib. Akademik Abel Məhərrəmov isə şəxsi əlaqələrindən istifadə edərək məhkəmə yolu ilə nəvələri ilə ünsiyyət hüququ əldə edib.

Qeyd edək ki, Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızı olan Mehriban Məhərrəmova da öz növbəsində məhkəmə yolu ilə səfirdən yüksək aliment tələb edib. Anar Məhərrəmov yüksək aliment ödəməkdən imtina edib, məhkəmə akademikin oğlunun xeyrinə qərar çıxarıb.
Mehriban Məhərrəmova Yusif qızı İspaniya Diplomatları Beynəlxalq Assosiasiyasının üzvüdür.

NEWSCENTER.AZ
Xəbəri paylaş