Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcəklər



Newscenter.az.6.12.2020. İtaliya deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. Onları Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.
Xəbəri paylaş