Newscenter.az.6.12.2020. Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları casusluq şübhəsi ilə saxlanııb.
Newscenter.az. politoloq Yeganə Hacıyevaya istinadən xəbər verir ki, onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da saxlanılıb.
Aytac Carçıyeva Rusiya telekanalının əməkdaşıdır və onun taleyindən xəbər yoxdur. Saxlanılandan sonra onun evində axtarış aparılıb və komputeri götürülüb.
NTV əməkdaşları - müxbir Aleksey Petruşko və operator İvan Malışkin həbs edildikləri barədə redaksiyaya xəbər verə biliblər.
Jurnalistlər İstanbulda PUA-ların hazırlandığı müəssisə yaxınlığında şübhəli çəkiliş apardıqları üçün casusluqda şübhəli bilinərək saxlanılıblar.